Yunanıstan: Son 5 il ərzində ilk dəfə sənaye sahəsində canlanma müşahidə olunur | Banco.az

Yunanıstan: Son 5 il ərzində ilk dəfə sənaye sahəsində canlanma müşahidə olunur

Yunanıstan iqtisadiyyatında canlanma müşahidə olunur. Son 5 il ərzində ilk dəfə olaraq, yanvar ayında ölkənin sənaye sahəsində artım qeydə alınmışdır.

Sənaye ölkə iqtisadiyyatının 10%-ni, xidmət sektorunun isə 80%-ni təşkil edir. Bununla yanaşı, Yunanıstanda böhranın bitdiyinə dair söhbətlər aparmaq üçün hələ tezdir. Belə ki, Afina AB və BVF ilə yeni kreditin əldə olunması istiqamətində danışıqlar aparır.

Ən sərfəli kredit üçün müraciət et

Avrozonada ümumi vəziyyətin yaxşılığa doğru dəyişməsi Yunanıstana da öz təsirini göstərir. "Markit" institutunun region üzrə hesabatında qeyd olunur ki, Avrozonada sənaye sektorunun fəallıq göstəricisi 54 maddəyə qədər yüksəlməklə son 3 ilin ən yüksək göstəricisini nümayiş etdirib.

Banco.az/Sevinc İbadova

Ən sərfəli krediti almaq üçün müraciət et