“Yüksək enerji qiymətləri Avropanın rəqabət qabiliyyətinə ziyan vurur” | Banco.az

“Yüksək enerji qiymətləri Avropanın rəqabət qabiliyyətinə ziyan vurur”

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Avropanın enerjiyə görə ödədiyi qiymətin digər qitələrdən yüksək olduğunu bəyan edib.

Banco.az xəbər verir ki, Ursula fon der Leyen Çexiyada keçirilən 2023 Yaşıl Sövdələşmə Sammitinin açılışında çıxış edib.

"Avropa Yaşıl Sövdələşməsi insanları və planeti qorumaq zərurətindən yaranıb", deyən Fon der Leyen bunun həm də gələcək rifahı qurmaq üçün bir fürsət kimi nəzərdə tutulduğunu söyləyib.

“Ötən il Avropada istixana qazı emissiyaları təxminən 2,5 faiz azalıb, iqtisadiyyat isə 3,5 faiz artıb. İqtisadiyyatımız böyüdükcə emissiyalarımızı uğurla azaltmışıq” - sədr əlavə edib.

“Bu gün Avropada ilk dəfə olaraq külək və günəşdən elektrik enerjisi istehsalı qazı üstələyir”, deyən Fon der Leyen bərpa olunan enerjinin planetimiz üçün xeyirli olmaqla yanaşı, həm də enerji müstəqilliyinə töhfə verdiyini və məşğulluğu artırdığını dilə gətirib.

Yüksək enerji qiymətlərinin Avropa üçün əhəmiyyətli bir sınaq olduğuna diqqət çəkən sədr fikrini aşağıdakı kimi əsaslandırıb:

Ən sərfəli kredit üçün müraciət et

"Enerji böhranının pik həddə çatdığı 2022-ci ilin yayında qazın qiyməti indikindən 10 dəfə baha idi. Bu gün Avropada enerji qiymətləri müharibədən əvvəlki səviyyəyə qayıdıb. Bu, bizim birliyimiz nəticəsində əldə olunan uğurdur. Lakin enerjiyə görə ödədiyimiz qiymət struktur olaraq digər qitələrlə müqayisədə yüksəkdir.Bu, həm də qlobal rəqabət qabiliyyətimiz üçün problem yaradır.

Enerji qarışığımızda bərpa olunan mənbələrin payı indiki sürətlə artmağa davam edərsə, biz tezliklə idxal olunan qalıq yanacaqların yüksək qiymətlərindən qoruna biləcəyik. Odur ki, biz avropalılar ucuz və təmiz enerji əldə edə bilsinlər deyə bu yolda addımlamağa davam etməliyik.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et