Yuanın məzənnəsi ilin əvvəlindən ən yüksək həddə çatıb | Banco.az

Yuanın məzənnəsi ilin əvvəlindən ən yüksək həddə çatıb

Çin Xalq Bankı bu gün yuanın ABŞ dollarına qarşı məzənnəsini 12 faiz bəndi qaldıraraq bu il yanvarın 23-dən etibarən ən yüksək olan 6,8891 həddinə çatdırıb.

İlin birinci yarısında yuanın məzənnəsi davamlı azalaraq bu il mayın 29-da Çin Xalq Bankı tərəfindən 7,1316 həddinə salınmışdı ki, bu da 2008-ci ilin fevral ayından bu yana ən aşağı həddir. Həmin vaxtdan yuan dollara qarşı artmağa başlayıb.

“Xinhua” xəbər verir ki, yuanın bahalaşması epidemioloji vəziyyətin düzəlməsi nəticəsində ölkə iqtisadiyyatının dirçəlməsi, digər tərəfdən dolların ucuzlaşması kimi amillərlə bağlıdır. Bununla belə yuanın dollara qarşı məzənnəsinin hər iki tərəfə dəyişdiyi də diqqətə çatdırılır.

Qeyd edək ki, 2019-cu ildə Çin – ABŞ iqtisadi müharibəsi ilə bağlı yuanın dollara qarşı məzənnəsi tədricən azalaraq avqustun 8-də bir dollar 7 yuan psixoloji həddini keçmişdi ki, bu da son 11 ilin ən aşağı göstəricisi idi. Lakin ilin sonunda iki ölkə arasında ticarət sazişinin birinci mərhələsi yaxınlaşdıqca yuan dollara qarşı yenidən yüksəlişə keçdi. Bütövlükdə, ötən il yuan 1,9 faizə yaxın ucuzlaşmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et