“YouTube” videoların montajını asanlaşdırmaq üçün yeni tətbiq hazırlayıb | Banco.az

“YouTube” videoların montajını asanlaşdırmaq üçün yeni tətbiq hazırlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“YouTube” platforması video redaktəsini asanlaşdıracaq yeni tətbiqi “YouTube Create”i təqdim edib.

Banco.az xəbər verir ki, “YouTube” platforması kontent yaradıcıları üçün video montajını asanlaşdırmaq məqsədilə “YouTube Create” adlı yeni tətbiq hazırlayıb. Tətbiq sayəsində video montaj, GIF və effektlər əlavə etmək kimi əməliyyatlar daha asan həyata keçirilə bilər.

Kontent yaradıcıları öz videolarını tətbiqə yüklədikdən sonra müxtəlif redaktə alətləri arasından seçim edə biləcəklər. Kəsmə, dublyaj, qonorarsız musiqi kitabxanasına giriş, filtrlər, stikerlər, GIF və effektlər əlavə etmək kimi bir çox funksiya təqdim edən proqram həm də ödənişsizdir.

Video montaj proseslərini daha asan və maraqlı edən tətbiq istifadəçilər tərəfindən “TikTok”un “CapCut” tətbiqi ilə müqayisə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “YouTube” bu tətbiqin hazırlanması zamanı 3 min kontent yaradıcısı ilə məsləhətləşdiyini və onların rəylərini nəzərə aldığını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et