YouTube Music tətbiqinə daha bir yeni funksiya gələcək | Banco.az

YouTube Music tətbiqinə daha bir yeni funksiya gələcək

Tamara Mustafayeva, Banco.az

Google şirkətinin yeni musiqi xidməti olan "YouTube Music" tətbiqi üçün istifadəçilərin çox bəyənəcəyi daha bir funksiya hazırlanır.

Məlum olduğu kimi, Google bir müddət əvvəl "Play Music" tətbiqinin istifadəsini dayandırmış və "YouTube Music"-i istifadəçilərin bəyənisinə təqdim etmişdi. Şirkət yeni funksiyalar əlavə etməklə tətbiqi daha çox insana sevdirməyi hədəfləyir.

Bu yaxınlarda Spotify tətbiqində böyük marağa səbəb olan "müştərək pleylist" funksiyasının Youtube Music tətbiqində də aktivləşdiriləcəyi açıqlanmışdı. İndi isə şirkət daha bir yeni funksiya hazırlığındadır. Bu yeni funksiya sayəsində istifadəçilər YouTube platformasında bəyənilən videoları musiqi tətbiqində gizlədə biləcəklər.

Musiqi servisindən istifadə edənlər bu xidmətdən video platforması ilə birlikdə faydalanırlar. YouTube bunu dəyişdirmək üçün istifadəçilərə yeni imkan yaradır. Bu yeniliklə musiqi tətbiqində bəyənilən videoların görünməsini əngəlləmək mümkün olacaq. Təbii ki, bu funksiyadan istifadə etmək üçün YouTube Premium paketinə qoşulmaq lazımdır.

Müvafiq parametrlər menyusunda bəyəndiyiniz musiqi və videolar bölməsi avtomatik göstərilir. Şirkət buraya "YouTube-da bəyəndiyim musiqiləri göstər" başlıqlı bir seçim əlavə edib. Bu seçimi deaktiv etməklə daha əvvəl Youtube platformasında bəyəndiyiniz videolar musiqi servisində göstərilməyəcək. Parametrlər menyusunda həm masaüstü, həm də mobil versiyada daxil olmaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, YouTube Music tətbiqinə ilk dəfə abunə olan istifadəçilər üçün üç aylıq ödənişsiz sınaq müddəti təklif edilir.

Həmçinin oxu: YouTube Music çoxdan gözlənilən funksiyanı aktivləşdirdi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et