Yığım əmanəti nədir və hansı bankda onu açmaq daha sərfəlidir? | Banco.az

Yığım əmanəti nədir və hansı bankda onu açmaq daha sərfəlidir?

Hər kəs istər ki, bankda öz adına pul hesabı olsun. Pulunu sərbəst şəkildə özü yığa bilməyənlər üçün bank depozitləri çox əla fürsətdir. Əslində pulu evdə saxlamaq heç də sərfəli deyil. Çünki bankda olan pul daha güvənli və etibarlı əllərdədir, həm də pulunuzun artmaq imkanları vardır.

Həmçinin bax: Hansı bankın yığım əmanəti daha sərfəlidir? Yeni 2022

Ən sərfəli bank əmanətləri ilə buradan tanış ola bilərsiniz - http://banco.az/az/news/manatli-emaneti-daha-serfeli-olan-banklar

Gəlirləri əməkhaqqıdan asılı olan adamlar üçün yığım depozitləri çox gözəl imkan verir. Siz minimal bir məbləğ ilə bankda depozit açır, daha sonra aylıq əlavələr etməklə həmin məbləği artırırsınız.

Məsələn 500 manatla depoziti açır və hər ay əməkhaqqınızdan 100 manat ayırıb, həmin məbləğə əlavə edirsiniz.  Həmçinin əlinizə digər vəsait düşəndə də onu depozitinizin üstünə qoyursunuz. Depozitin müddətinə uyğun olaraq, həm ilk qoyduğunuz məbləğə, həm də əlavə yatırımlara faizlər hesablanır.

Nələrə daha çox fikir verməlisiniz:

  • 1.İlkin depozit məbləği (əlinizdə nə qədər pul var)
  • 2. Depozit faizləri ( 1 illik faiz nə qədərdir?)
  • 3. Əlavə yatırımlarla bağlı şərtlər:
  • 3.1. Ay ərzində neçə dəfə yatırım etmək olar?
  • 3.2. Yatırımın maksimal və ya minimal məbləği
  • 3.3. Yatırımlara nə qədər faiz hesablanır
  • 3.4. Hansı müddətdən sonra yatırım etmək olmaz
  • 4. Depozitin sığortalanması
  • 5. Depozit əsasında kredit şərtləri
  • 6. Depoziti vaxtından əvvəl götürdükdə faizlər

Bütün bu şərtlərin hər biri haqqında geniş danışmaq olar. Amma siz əsas nəzərə almalısınız ki, yığım əmanəti pulları yığaraq artırmaq üçün nəzərdə tutulan bil alətdir, ona görə bu zaman faizləri rüblük və ya aylıq götürmək haqqında düşünməyə dəyməz.

Əgər əlinizdə böyük məbləğ yoxdursa, onda minimal məbləğlə aşağıdakı banklarda yığım depoziti aça bilərsiniz. Həmçinin ay ərzindəki yatırımlarınızın məbləğinə diqqət yetirin (bəzi banklara hər ay əlavə yatırım etmək mütləq tələb olunmur, amma müştərini stimullaşdırmaq üçün AccessBank və Unibank kimi banklar əlavə bonus faizlər təqdim edir. Yəni öncədən planlaşdırılmış şəkildə məbləği artırdıqda, siz əlavə 1-2% bonus faiz qazanırsınız. 

Bank

Əmanətin adı

Min. Əmanət

% dərəcəsi

Əlavə yatırım

AccessBank

Yığım Əmanəti

50

9

5

Unibank

Yığım

50

7

10

Kapital Bank

Pensiyaçı

50

6

20

NBC Bank

Cəm Depoziti

100

12

 

BTB Bank

Proqressiv

100

12

50

Nikoil Bank

Sosial

100

12

50

Nikoil Bank

Xeyriyyəçi

100

12

50

Bank of Baku

Dinamik Əmanəti

100

11

100

Expressbank

Mücrü Əmanət

100

10

50

AGBank

Müddətli

100

10

5 000

Dəmirbank

Qırmızı Əmanət

100

10

50

Bank Standard

Təqaüdçü

100

10

 

Nikoil Bank

Yığım

100

10

50

AGBank

Uşaqlar üçün Məqsədli

100

8

 

Bank Avrasiya

Yığım

100

7

 

Kapital Bank

Müddətsiz

100

2

 

Amrahbank

Daxıl Əmanəti

200

11

50

Nikoil Bank

Stabil

200

11

100

Xalq Bank

İpoteka

200

8

200

NBC Bank

Universal

500

12

 

Bank Standard

Standard

500

11

 

Atabank

Yığım

500

10

200

Kapital Bank

Müddətli Seçim

500

8

 

VTB Bank

Sərbəst

500

3

100

Bank Technique

Yığım

1 000

8

200

Ən sərfəli kredit üçün müraciət et

Təbii ki, hər kəs öz əmanətini ən yüksək faizlə yerləşdirmək istərdi, amma bu zaman nəzərə alın ki, yalnız depozit faizi 10%-ə qədər olan əmanətlər sığortalanır.

Banco.az portalı sizə müxtəlif yığım əmanətlərini faizlərini müqayisə etmək və sonda əldə edəcəyiniz məbləği hesablamaq imkanı yaradır.

Bunun üçün aşağıdakı linkdən istifadə edərək, ürəyiniz istədiyi depoziti seçə və gəlirlərinizi hesablaya bilərsiniz.

Yığım əmanəti və depozit kalkulyatoru

Ən sərfəli krediti almaq üçün müraciət et