Yeni iş yerində özünüz haqqında ilk pis təəssüratı necə bərpa etmək olar? | Banco.az

Yeni iş yerində özünüz haqqında ilk pis təəssüratı necə bərpa etmək olar?

Rəhbərlərinizdə xoş təəssürat yarada bilməmisinizsə və ya işin ilk günündəcə onu korlaya bilmisinizsə, özünüz haqqında fikri yenidən formalaşdırmalı olacaqsınız.

Həmçinin oxu: İlk iş günündə münasibətləri necə korlamaq olar?

Özümüzdən başlayaq

Başlanğıc üçün harada səhv etdiyinizi anlamağa çalışın. “Staff Servise”in təlimçi və məsləhətçisi Olqa Şapovalenkoya görə, “ya şəxsi keyfiyyətləriniz və davranışlarınız, ya da vəzifələrinizin düzgün yerinə yetirilməməsi rəhbər və həmkarlarınızı məyus edə bilər”.

Əvvəldən birinə qarşı qərəzli münasibət onun görünüşündən qaynaqlana bilər. Buna görə şirkət tərəfindən qəbul edilmiş qaydalara riayət etməyə çalışın. Birinci gün siz cins şalvarda işə gedib hər kəsdən seçildinizsə, panikaya qapılmayın. Bundan nəticə çıxarın və kollekivə uyğun geyinin. Şirkət sərbəst geyim tərzini qəbul edirsə, ciddi iş kostyumu geyinərək həmkarların fonunda ön plana çıxmayın.

Nüfuzunuza elə ilk gündən işə gecikmək də xələl gətirir. Fərqli-fərqli vəziyyətlər yarana bilər. Lakin müdirə liftdə necə qaldığınızı və ya qonşunun itindən necə qaçdığınızı demək düz deyil. Səbəblər yalnız soruşularsa, göstərilməlidir. Əks təqdirdə sadəcə üzr istəmək kifayətdir. Rəhbərliyin gözündə nüfuzunuzu bərpa etmək üçün gələcəkdə işə vaxtında gəlməyə çalışın və rəisin gəldiyi anda artıq işə hazır olun.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: İş yoldaşlarımızdan gizlətməli olduğumuz 8 sirr 

İş yerində nə edək?

Əgər ilk iş gününə başlar-başlamaz həmkarlardan biri ilə münaqişəyə girmisinizsə, birinci siz həmin işçiylə ünsiyyəti bərpa etməlisiniz. Axı, çox güman ki, qalan işçilər onun tərəfini saxlacaqlar. Münaqişə ocağının söndürülməsində ilk növbədə məhz siz maraqlısınız.

Əgər işdə səhv etdinizsə, məsələn, tapşırığı vaxtında yerinə yetirməmisinizsə, səbrlə sizə ünvanlanan bütün tənqidləri dinləyin və səhvlərinizi etiraf edin. Özünə bəraət qazandırmaq lüzumsuzdur. Vəziyyəti düzəltməyə çalışın. Buna daha təcrübəli həmkarların köməyi ilə nail ola bilərsiniz. Ancaq səhvlərinizi başqalarının üstünə atmağa çalışmayın.

Məntiqli bir səbəb olmadan üstünüzə ittihamlar yağdısa, kəskin reaksiya verməyə tələsməyin. Bəlkə də sadəcə stressədözümlülük səviyyənizi yoxlayırlar. Hər halda təmkinli qalın və unutmayın: İlk əlverişli təəssüratı yaratmaq üçün ikinci şansınız olmayacaq.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et