Fast-fud restoranları arasındakı rəqabət hər kəsə məlumdur. Xüsusilə də “Burger King”, “McDonald`s” – a “sataşmadan” reklam kampaniyası təşkil etmir desək, yanılmarıq.
Həmçinin oxu: Burger Müharibələri: Mcdonald`s VS. Burger King
Bu dəfə isə “McDonald`s” – ı hədəfə alan “Subway” oldu. Amerikanın tanınmış sendviç markası “Subway” yeni reklam filmində, “McDonald`s” – ın maskotu “Ronald McDonald” olduğu açıq-aydın bilinən, ancaq üzü görünməyən klouna “Subway” – in yeni məhsulu olan “Chipotle Cheesesteak” təqdim etdi.
Həmçinin oxu: Markaların bir-birlərinə istinad etdikləri 10 reklam filmi
Ardıcıl olaraq iki reklam filmi yayımlayan “Subway”, reklam filmlərindən ilkində hovuzun içindəki McDonald`s maskotuna sifariş etdiyi sendviç təqdim edilərkən görürük. Reklam filmində hər kəsin Burger – ə bir qədər fasilə verməsi məsləhət görülür. “Subway” insanlara “Fərqli nələrsə sınayın” deyir. Filmin sonuna doğru isə istehlakçıların “Subway” sendviçlərinin inqrediyentlərini özlərinin seçə bilməsini vurğulayan və kampaniyanın yeni şüarı olan “Nə istəyirsən onu et” – i görürük.
İkinci reklam filmində isə yenə “McDonald`s” – ın maskotu Ronald McDonald – ı tətildə Subway işkisinin dadına baxaraq kitab oxuyarkən görürük. Yenə eyni sonluqla ikinci reklam filmi də başa çatır.
Qeyd edək ki, reklam filmlərinə gələn rəylər isə "Subway" – in əleyhinədir. Bəs, siz nəcə düşünürsünüz? Reklamları və strategiyanı bəyəndinizmi?
Həmçinin oxu: Tanınmış şirkətlərin loqoları bizə nə mesaj verir?
Tamara Mustafayeva, Banco.az