Yellen ABŞ-ın iqtisadi perspektivləri ilə bağlı optimist olduğunu açıqlayıb | Banco.az

Yellen ABŞ-ın iqtisadi perspektivləri ilə bağlı optimist olduğunu açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Canet Yellen: ABŞ-ın iqtisadi perspektivləri ilə bağlı çox optimistəm.

Banco.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Canet Yellen “Fortune”un təşkil etdiyi tədbirdə iqtisadi gündəmlə bağlı qiymətləndirmələr edib.

Son dərəcə güclü əmək bazarı şəraitində inflyasiyanın qısa müddətdə aşağı düşdüyünü ifadə edən Yellen ABŞ-ın iqtisadi proqnozları ilə bağlı çox optimist olduğunu dilə gətirib.

Yellen davamlı maliyyə siyasətinin vacibliyini vurğulayaraq cari borc səviyyəsinin idarə oluna biləcəyini bildirib.

Nazir həmçinin qeyd edib ki, uzunmüddət davam edən yüksək faiz dərəcələri təhlükə yarada bilər. 

“Bizim proqnozumuz faiz dərəcələrinin daha normal səviyyələrə yüksələcəyini nəzərdə tutur, lakin xüsusilə son bir neçə ayda təkcə 10 illik nominal faiz dərəcələrində deyil, real faiz dərəcələrində də çox ciddi artım müşahidə edirik”, o bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Yellen inflyasiyaya nəzarət etmək üçün faiz dərəcələrinin hələ uzun müddət yüksək qala biləcəyini, lakin orta müddətli dövrdə faiz dərəcələrinin daha normal səviyyələrə dönəcəyini vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et