Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın neyrotexnologiya şirkəti "Prophetic" yatarkən işləməyə imkan verən cihaz hazırlayıb.
Banco.az xəbər verir ki, baş bandı formasında dizayn edilmiş bu cihazın adı “Halo”dur.
İnsanlar üzərində sınaqdan keçirilməyi gözləyən bu cihaz Lusid yuxu kimi adlandırılan aydın yuxular üçün nəzərdə tutulub. Bununla da, istifadəçilər yuxuda olduqlarının fərqində ola və yuxularını şüurlu şəkildə idarə edə bilirlər.
Şirkətin qurucusu Erik Volberq insanların yuxularında qeyri-məhdud imkanlara sahib olduqlarını və bu zaman çətin tapşırıqlar üçün yaradıcı həllər irəli sürə biləcəyini qeyd edir. Volberq cihazdan istifadə zamanı yeganə məhdudiyyətin istifadəçinin təxəyyülü olduğunu vurğulayır.
Qeyd edək ki, cihaz hazırda inkişaf mərhələsindədir və nə vaxt bazara çıxacağı bəlli deyil. Mənbələrə görə, cihazın 2025-ci ildə satışa çıxarıldığı zaman 1500-2000 dollar arasında qiymət etiketi olacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!