Yaşıl enerjiyə keçiddə kritik minerallara tələbat artır | Banco.az

Yaşıl enerjiyə keçiddə kritik minerallara tələbat artır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaşıl enerjiyə keçid mərhələsində həlledici minerallara tələbat artmaqdadır.

Banco.az xəbər verir ki, iqtisadiyyatlarını karbonsuzlaşdırmaq istəyən ölkələrin yaşıl enerji transformasiyası üçün enerji, nəqliyyat və elektrik sektorlarında istifadə edilən mis, litium karbonat və nikel kimi kritik minerallara tələbat artır.

BP-nin 2023-cü il üçün Dünya Enerji Görünüşü Hesabatından əldə olunan məlumata görə, karbohidrogenlərin rolunun azaldılması, bərpa olunan enerji mənbələrinin artırılması, elektrikləşdirmənin genişləndirilməsi və aşağı karbonlu hidrogendən istifadə yanaşmaları qlobal enerji sistemində texnoloji avadanlıqların istifadəsini genişləndirir və bu avadanlıqların istehsalı üçün tələb olunan kritik mineralların əhəmiyyətini artırır.

Xüsusilə günəş və külək enerjisi, akkumulyator, hidrogen və karbon qazı boru kəmərləri və saxlama texnologiyalarında istifadə edilən mis, litium və nikel kimi kritik mineralların payı artarkən bu minerallardan və mədənlərdən infrastruktur işlərində də istifadə ilə tələbat daha da artır.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata görə, 2020-ci ildə qlobal mis tələbatı 20 milyon tondan çox olduğu halda, hesabatın "2040 Tamamilə Sıfır" ssenarisinə görə 2040-cı ildə tələbatın 60 milyon tona yaxınlaşacağı proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et