Yaponiyanın avtomobil nəhəngi ABŞ-a investisiya qoyuluşunu artırır | Banco.az

Yaponiyanın avtomobil nəhəngi ABŞ-a investisiya qoyuluşunu artırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Toyota” şirkəti ABŞ-a əlavə 2,1 milyard dollarlıq investisiya qoyuluşu edəcək.

Banco.az xəbər verir ki, Yaponiyanın məşhur avtomobil istehsalçısı “Toyota” elektrik avtomobillərinə keçidi dəstəkləyən sənaye sahələrinə investisiya qoyuluşlarını artırır.

Belə ki, şirkət Şimali Karolinada inşa ediləcək yeni akkumulyator fabriki üçün əlavə 2,1 milyard dollar investisiya qoymağa qərar verib. Bununla da, sözügedən fabrikin ümumi investisiya məbləği 5,9 milyard dollara çatıb.

Qeyd edək ki, yapon avtomobil istehsalçısı 2025-ci ildən etibarən Kentukki fabrikində ABŞ istehsalı olan ilk elektrik yolsuzluq avtomobilinin istehsal ediləcəyini də açıqlayıb. Elektrik yolsuzluq avtomobillərində “Toyota”nın Şimali Karolina fabrikindən təchiz edilmiş akkumulyatorlardan istifadə ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et