Yaponiyada real əmək haqqı sürətlə azalıb | Banco.az

Yaponiyada real əmək haqqı sürətlə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada real əmək haqqı ötən 9 ilin ən sürətli azalmasını reallaşdırıb.

Banco.az xəbər verir ki, Yaponiya Əmək Nazirliyinin məlumatlarına görə, inflyasiyaya uyğunlaşdırılmış real əmək haqqı yanvar ayında əvvəlki illə müqayisədə 4,1 faiz azalıb.

Bu, 2014-cü ilin may ayından bu yana qeydə alınan ən böyük azalma olub. Analitiklər inflyasiyaya uyğunlaşdırılmış real əmək haqqının ən aşağı səviyyədə olduğunu düşünürlər.

Məlumatlara görə, yanvar ayında ümumi pul gəlirləri və ya nominal əmək haqqı isə illik müqayisədə 0,8 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et