Yaponiya qlobal qaz ehtiyatı yaratmağı təklif edir | Banco.az

Yaponiya qlobal qaz ehtiyatı yaratmağı təklif edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya gələcəkdə mümkün enerji çatışmazlığının qarşısını almaq və bazar sabitliyini təmin etmək üçün qlobal qaz ehtiyatının yaradılmasını təklif edəcək.

Banco.az xəbər verir ki, Yaponiya gələcək qıtlığın qarşısını almaq və qiymətləri sabitləşdirmək üçün neft sektorunda hazırda mövcud olan fövqəladə ehtiyata bənzər qlobal təbii qaz ehtiyatı təklif etməyi planlaşdırır.

Məlumatlı mənbələrə görə, hökumət Beynəlxalq Enerji Agentliyinin (IEA) üzv ölkələri üçün qaz anbarının yaradılmasını təklif edəcək. Mənbə bu təklifin çərşənbə axşamı Tokioda keçiriləcək konfransda elan ediləcəyini bildirib.

Qeyd edək ki, Yaponiya sözügedən qaz ehtiyatı təklifini fevralda keçiriləcək IEA nazirlərinin iclasının gündəliyinə daxil etməyi hədəfləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et