Yaponiya Mərkəzi Bankı ultra sərbəst pul siyasətini davam etdirir | Banco.az

Yaponiya Mərkəzi Bankı ultra sərbəst pul siyasətini davam etdirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya Mərkəzi Bankı yüksək qeyri-müəyyənliklər fonunda ultra sərbəst pul siyasətini davam etdirir.

Banco.az xəbər verir ki, dünyanın mənfi faiz dərəcələri tətbiq edən sonuncu mərkəzi bankı olan Yaponiya Bankı (BOJ) bu mövqeyini qoruyub.

Bank uçot dərəcəsini mənfi 0,1 faiz səviyyəsində sabit saxlayıb. Qərar mətnində mənfi faiz dərəcələrinin gələn il sona çatacağına dair qeydlərə də yer verilməyib.

Bununla yanaşı, yekdilliklə qəbul edilən qərarla gəlir əyrisinə nəzarət rejiminə heç bir dəyişiklik edilməyib.

Qərardan əvvəl 142,64 səviyyəsində ticarət edilən dollar/yen məzənnəsi kəskin yüksələrək 143,78 səviyyəsinə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et