Yaponiya "karbonsuzlaşdırılmış Asiyaya nail olmaq" yolunda liderlik etmək istəyir | Banco.az

Yaponiya "karbonsuzlaşdırılmış Asiyaya nail olmaq" yolunda liderlik etmək istəyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyanın Baş naziri Kişida Fumio bildirib ki, onlar “karbondan təmizlənmiş Asiya məqsədinə nail olmaq” üçün həyata keçirilən səylərə rəhbərlik etməyi hədəfləyirlər.

Banco.az xəbər verir ki, Yaponiyanın ev sahibliyi ilə Tokioda keçirilən “Asiya Sıfır Emissiya İttifaqı” (AZEC) sammitində Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) regionu çərçivəsində karbon emissiyalarının azaldılması layihələri müzakirə olunub.

Sammitdə çıxış edən Baş nazir Kişida ölkəsinin gələcəyə yönəlmiş səylərinə toxunub.

“Sıfır karbon hədəfi ümumi problemdir”, deyən Kişida Asiyanı karbondan təmizləmək üçün 4 katrilyon yen (28 trilyon dollar) maliyyələşdirmə tələb olunduğunu proqnozlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Kişida bildirib ki, ölkəsi qitəyə investisiya cəlb edə biləcək “dekarbonizasiya bazarı” yaratmaq və "karbonsuzlaşdırılmış Asiya hədəfinə nail olmaq" üçün səylərə rəhbərlik edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et