Yaponiya iqtisadi artım proqnozunu yüksəldib | Banco.az

Yaponiya iqtisadi artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya hökuməti iqtisadi artım proqnozlarını yenidən nəzərdən keçirib.

Banco.az xəbər verir ki, 2022-ci maliyyə ili üçün ÜDM artımı proqnozunu iyulda qeyd olunan 2,0 faizdən 1,7 faizə endirən Yaponiya hökuməti inflyasiya gözləntisini isə 2,6 faizdən 3,0 faizə yüksəldib.

2022-ci maliyyə ilində nominal ÜDM-in 560,2 trilyon yenə çatacağını proqnozlaşdıran hökumət 2023-cü maliyyə ili üçün ÜDM artımı proqnozunu da 1,1 faizdən 1,5 faizə qaldırıb. Bununla da, 2023-cü il aprelin 1-dən başlayacaq maliyyə ili üçün ÜDM proqnozu 571,9 trilyon yen olub.

Qeyd edək ki, 2023-cü maliyyə ili üçün inflyasiya gözləntisi isə iyul ayında olduğu kimi 1,7 faizdə sabit saxlanılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et