Yapon şirkəti, dünyanın ən sürətli avtomobilini yaradır (VİDEO) | Banco.az

Yapon şirkəti, dünyanın ən sürətli avtomobilini yaradır (VİDEO)

Yapon şirkəti “Aspark”, Frankfurt avtosalon tədbirində özünün istehsalı olan Owl adlı hiperkarı təqdim edəcək.

Şirkətin hazırladığı avtomobil, saatda 100 km sürəti 2 saniyədən az vaxtda yığır. Dünyanın digər böyük avtomobil istehsalçılarının bu mövzu barədə yarışda olduqları halda, adının indiyənə kimi bəlkə də çox az adam tərəfindən eşidilən yapon şirkəti, dünyanın ən elit avtomobillərini sürət baxımından geridə qoya bilər. Şirkət təmsilçiləri bildiriblər ki, onların hazırladıqları hiperkar, sözün əsl mənasında sıfırdan 100 km-ə qədər sürəti 2 saniyədən az müddətə yığacaq. Saatda 100 km sürəti tez müddətdə yığan dünyanın ən sürətli avtomobili hələki Dodge Challenger SRT Demon-dur. O, saatda 100 km sürəti yığmaq üçün 2.3 saniyə vaxt sərf edir. Bu baxımdan o, Bugatti Chiron-dan bir qədər sürətlidir. Belə ki, Bugatti Chiron, həmin nəticəni 2.4 saniyə ərzində əldə edir. Owl adlı hiperkar barəsində hələki məlum olan tək şey, onun elektrik yük qurğusuna və yüngül təkər disklərinə sahib olacağıdır. Şirkətin məlumatına əsasən avtomobilin gövdəsi, karbon liflərindən hazırlanıb. Onun hündürlüyü isə 990 millimetrdir. Yerdə qalan bütün texniki parametrlər isə 1 həftə sonra keçiriləcək Frankfurt avtosalonu tədbirində təqdim olunacaq. Owl, 2014-cü ildən bəri hazırlanır.

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et