"Yapı Kredi Bank Azərbaycan"ın səhmdarından 347 milyon manatlıq xalis mənfəət | Banco.az

"Yapı Kredi Bank Azərbaycan"ın səhmdarından 347 milyon manatlıq xalis mənfəət

Türkiyədə fəaliyyət göstərən və "Yapı Kredi Bank Azərbaycan"ın sahibi olan "Yapı Kredi", ilin ilk rübündə 1 milyard 241 milyon TL (347 milyon manat) xalis mənfəət əldə edib.

"Yapı Kredi"dən verilən məlumata görə, bank 2019-cu ilin ilk rübündə müştərilərə verilən kreditləri keçən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıraraq, Türkiyə iqtisadiyyatına 322,4 milyard türk lirəsi (TL) vəsait təmin edib.

Cəmi müştəri əmanətlərinin həcmi 29% artım ilə 215,4 milyard lirəyə yüksəlib və Bankın Türkiyədə cəmi əmanətlərdə bazar payı 16% təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bankın aktivləri 20 faiz artım ilə 393,4 milyard TL-yə çatıb. "Yapı Kredi" Türkiyənin "ən böyük" 3-cü özəl bankıdır. 

"Yapı Kredi Bank Azərbaycan", Türkiyənin "Yapı Kredi" bankının törəməsidir. "Yapı Kredi"nin ana səhmdarları "UniCredit" (İtalya) və "Koç Holding"dir (Türkiyə).

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et