Yanvarda ölkəyə nə qədər buğda idxal edilib? | Banco.az

Yanvarda ölkəyə nə qədər buğda idxal edilib?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana ötən ay 16 milyon 238 min ABŞ dolları dəyərində 70 min 145 ton buğda idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 62,6%, həcmi isə 50,8% azalıb. 

Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 232 dollar olub ki, bu da 2022-ci ilin eyni dövrü (304,4 dollar) ilə müqayisədə 23,8% və ya 72,4 dollar azdır. 

Əlavə edək ki, yanvar ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 1,43%-nə bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et