Yanvarda Bakının ilkin mənzil bazarında qiymət 8%-ə yaxın artıb | Banco.az

Yanvarda Bakının ilkin mənzil bazarında qiymət 8%-ə yaxın artıb

Bu ilin yanvar ayı ərzində Bakıda daşınmaz əmlak bazarında orta satış qiyməti əvvəlki ayla müqayisədə 0,94% artıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, ötən ilin yanvar ayı ilə müqayisədə isə qiymət 3,46% artıb.

"Təkrar mənzil bazarı üzrə 1 kvadrat metrin orta qiymət 1 654 manat təşkil edib. Ay ərzində bu kateqoriyadan olan mənzillərin orta satış qiymətində 1,14% artım, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 1,72% azalma müşahidə olunub", - deyə N. İbrahimov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

N. İbrahimov həmçinin qeyd edib ki, yanvarda ilkin mənzil bazarında 1 kvadrat metrin orta qiyməti 1 341 manat təşkil edib: "Sözügedən bazar üzrə orta qiymətdə ay ərzində 7,49%, illik isə 1,68% artım qeydə alınıb".

APA

Ən sərfəli krediti almaq üçün müraciət et