Yanvar-avqust ayları ərzində Azərbaycan 966,7 ton çay ixrac edib | Banco.az

Yanvar-avqust ayları ərzində Azərbaycan 966,7 ton çay ixrac edib

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan ümumi dəyəri 6.205,02 ABŞ dolları olan 966,7 ton çay ixrac edib. "Ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk səkkiz ayında Azərbaycandan xaricə ixrac edilən çayın dəyəri 3,3 faiz, həcmi isə 9,1 faiz artıb.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında çayın ümumi ixracdakı payı cəmi 0,05 faiz təşkil edib. Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 34.251,47 min dollar təşkil edən 8.733,7 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının həcmi, demək olar ki, dəyişməsə də (cəmi 0,01 faiz azalma), dəyəri 1,2 faiz artıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,37 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Göründüyü kimi, cari ilin ilk səkkiz ayında Azərbaycanda çay idxalı ixracı 9 dəfə üstələyib.

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç