“Yandex” “Uber”in birgə müəssisədəki payını satın alacaq | Banco.az

“Yandex” “Uber”in birgə müəssisədəki payını satın alacaq

Müəllif - Aida İsaq, Banco.az

“Yandex” Hollandiyada qeydiyyatdan keçmiş birgə müəssisə olan “MLU B.V.”nin 29%-nə sahib olmaq üçün “Uber” ilə razılığa gəlib. 

Banco.az xəbər verir ki, məlumata görə, müqavilə təsdiq edildikdən sonra “Yandex” Rusiya və MDB-də “Uber” brendini idarə edən bu şirkətin, həmçinin “Yandex.Taxi” və “Yango taksi” aqreqatorlarının 100%-nə sahib olacaq.

Qeyd edək ki, “Yandex” və “Uber” 2018-ci ildə Rusiya və MDB ölkələrinə sərnişin daşımaq və ərzaq çatdırmaq məqsədi ilə birgə fəaliyyət göstərməyə başlayıblar. Birgə müəssisənin yaradılması zamanı “Yandex” səhmlərin 59,3%-ni, Uber isə 36,9%-ni alıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et