Yalnız işini gecəyə saxlayanların başa düşdüyü 10 məsələ! | Banco.az

Yalnız işini gecəyə saxlayanların başa düşdüyü 10 məsələ!

Bəzi insanlar vardır ki, bütün işlərini axşam saatlarına saxlayarlar,  çox vaxt el arasında bu tip insanları "bayquş" da adlandırarıq.   Ümumiyyətlə gündüz saatlarında nəsə etmək onlara işgəncə gələr, hətta hava geşəng olanda o qədər işləri olmasına rəğmən istirahət edər, gecə görəcəyi işləri düşünər. Bu məqaləmizdə yalnız həmin insanların anladığı məsələlərdən söz açmışıq. 

1) Axşam saatları çox yaradıcı olarıq və enerjimizi nəyəsə sərf etmək istəyərik. Bütün bunlara görə rahat yatağımızda yata bilmərik. 

2) O qədər motivasiyamız olar ki, yuxumuzun gəlməməsi üçün əlimizdən gələni edərik. 

3) Gecələri səs olmaz, tıxac olmaz, kimsə bizə mesaj yazıb nəsə soruşmaz. Tam diqqətimizi verə bilərik. 

4) Nə qədər tez oyanır, oyanaq. Mütləq gecə çalışmaq üçün vaxt ayırarıq.

5) Düzdür, gecə çalışmağa çox həvəsliyiq. Lakin istəmədiyimiz zamanda yuxumuz gəlməsi də bu işin əsas çətinliyidir.

Ən sərfəli kredit üçün müraciət et

6) Gecə gec yatdığımızda, gündüz oyanmaqda problem yaşamarıq. Lakin yorucu keçən gündə gecə çalışmaq istəyi bir-bir ilə uyuşmaz.

7) Axşam 8 olmamış bağlanan kafelər də bizə mane olar. Axı biz orda işlərimiz görməyi çox sevirik :)

8) Gündüzlər iş görmək istədiyimizdə səssizliq olsa belə olduğumuz yerin qaranlıq olmasını istəyirik. 

9) Gecə işlərimizi görəndə diqqətimizi elə veririk ki, birdə baxırıq ki, birazdan günəş Xəzər dənizindən boylanacaq :)

10) Əsl romantiklər gecə çalışmağı sevən insanlardır. Şam işığında iş görməyi daha çox sevərik. Buna görə danlansaq belə, yenə öz bildiyimizi edərik.

 

Bərəkətli gecələr...

Xəzər Aslanov. Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et