Xiaomi tezliklə yeni noutbuk və televizorlar istehsal edəcək | Banco.az

Xiaomi tezliklə yeni noutbuk və televizorlar istehsal edəcək

Çinin “Xiaomi” şirkətinin yaxın gələcək üçün planları məlum olub. Bu barədə tanınmış şəbəkə informatoru İşan Aqarval (Ishan Agarwal) Twitter sosial şəbəkəsində məlumat verib.

“Xiaomi”, tezliklə Çində öz noutbuk xətti üçün bir neçə yeniləmə etməyi planlaşdırır. “Mi Notebook” modeli qızıl korpusda çıxacaq, “Notebook Air” isə texniki xarakteristikaların yenilənməsini alacaq.

Ən sərfəli kredit üçün müraciət et

Yeni televiziyalar da gözlənilir, onlardan ikisi “Mi TV E32C” və “Mi TV E40A” model nömrələrinə malikdir. Qeyd edək ki, “Xiaomi” televizorları müxtəlif bazarlarda uğur qazanıb. 

Aqarval smartfonlar arasında gələcək yeniliklər barədə şayiələri də təsdiqləyib. Modanı təqib edən gənclərə yönəlmiş “Xiaomi CC” dizayn seriyası gözlənilir. Onlardan biri “Meitu” şirkəti ilə birgə təqdim olunacaq.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç