Xarici qurumlar dolların ucuzlaşacağını proqnozlaşdırır | Banco.az

Xarici qurumlar dolların ucuzlaşacağını proqnozlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bugün ABŞ-da açıqlanacaq kritik inflyasiya məlumatlarından əvvəl qurumlar dollar proqnozlarını bölüşüb.

Banco.az xəbər verir ki, “UBS” qarşıdakı aylarda dollarda eniş gözlədiyi halda, “TD Securities” də kəskin korreksiya gözlədiyini dilə gətirib.

Valyuta treyderləri ABŞ-ın kritik inflyasiya məlumatları gözləntiləri üstələsə belə, dolların bahalaşmasının davam edəcəyini gözləmirlər. Səbəb isə ən kəskin ssenaridə belə ABŞ Federal Ehtiyat Sisteminin (FED) sərtləşdirmə dövrünün başa çatmaq üzrə olduğu qənaətidir.

Xatırladaq ki, ötən həftə açıqlanan və proqnozlardan daha güclü olan qeyri-kənd təsərrüfatı məşğulluğu məlumatlarından sonra da dollar yüksəlişini saxlamaqda çətinlik çəkmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bloomberg Dollar Spot İndeksi Fed-in faiz artımını yavaşlatmasından sonra sentyabr ayında çatdığı rekord həddən təxminən 10 faiz geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et