Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 18% artıb | Banco.az

Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 18% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 5 milyon 641 min manat təşkil edib.

Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18.3% və ya 873 min manat çoxdur.

Eyni dövrdə xaricə səfər edən vətəndaşların sığorta ödənişləri isə 488.5 min manat təşkil edib ki, bu da 2022-ci ilin ilk 11 ayı ilə müqayisədə 28.3% və ya 107.9 min manat çoxdur.

Qeyd edək ki, 2022-ci ilin eyni dövründə bu növ üzrə yığımların məbləği 4 milyon 768 min manat, ödənişlərin məbləği isə 380.6 min manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et