Xalis mənfəəti 2,64 dəfə artan bank hansıdır? | Banco.az

Xalis mənfəəti 2,64 dəfə artan bank hansıdır?

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın mənfəəti 164%, yəni 2,64 dəfə artmışdır. Söhbət ötən ilin analoji dövrü ilə müqayisədə xalis mənfəətini 25 397,22 min AZN artıran Unibank-dan gedir. Bu barədə Banco.az saytı bankın rüblük göstəricilərinə istinad edərək məlumat verir.

Bankın cari ilin 9 ayı ərzində qazandığı xalis mənfəətin həcmi 40 849,58 min AZN olmuşdur.

2013-cü ilin sentyabr ayı ilə müqayisədə Unibankın aktivləri 20,7%, kredit portfeli isə 19,9% artıb. Bankın cəmi aktivləri 824, 750 mln, kredit portfeli isə 676, 415 mln göstəriciyə malikdir.

Kredit portfeli dedikdə - overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin cəmi məbləği nəzərə alınıb.

Bununla yanaşı, bildirmək istərdik ki, bankın xalis kredit porfelinin həcmi 645, 266 mln-dur ki, bu da ötən ilki göstəricidən 19,4% daha çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Xalis kredit portfelinin həcmi isə, cəmi kredit porfelindən kredit və lizinqlərdə olan mümkün zərərlərin ödənilməsi üçün ayrılmış məqsədli ehtiyatları çıxmaqla tapılır.

Ötən dövr ərzində, cəmi müştəri depozitləri 15,6% artaraq, 468, 805 mln-a çatmışdır. Fiziki şəxslərin Bankdakı müddətli depozitlərində isə ötən ilin analoji dövrü ilə müqayisədə 14% artım qeydə alınmışdır.

Qeyd edək ki, Unibankın cəmi kapitalı 133, 072 mln-dan çoxdur ki, bu da ötən il ilə müqayisədə ən əhəmiyyətli artım göstəricilərindən biridir, bir il ərzində kapitalın həcmi 42% armışdır.

Bu göstəricilə Unibank Mərkəzi Bankın fəaliyyətdə olan bankların məcmu kapitalın həcminə dair tələbini artıqlaması ilə yerinə yetirmiş hesab olunur. 

Ən sərfəli krediti almaq üçün müraciət et