“Windows 12” əməliyyat sisteminin bu tarixdə buraxılması gözlənilir | Banco.az

“Windows 12” əməliyyat sisteminin bu tarixdə buraxılması gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Windows 12” əməliyyat sisteminin 2024-cü ilin ikinci yarısında buraxılması planlaşdırılır.

Banco.az xəbər verir ki, texnologiya nəhəngi “Microsoft” 2024-cü ilin ikinci yarısında "Hudson Valley" kod adı ilə “Windows”un yeni versiyasını təqdim etməyə hazırlaşır.

“Windows 12”nin diqqət mərkəzində süni intellekt dayanır. Beləcə həyatımıza sürətlə inteqrasiya edən süni intellekt bu yeni versiya ilə daha da əlçatan olacaq.

Hazırda hazırlıq mərhələsində olan bu versiya daim arxa planda işləməyə davam edəcək köməkçi “Copilot AI”dən istifadə edərək, demək olar ki, bir çox əməliyyatları ən rahat edəcək.

“Copilot AI”nin “Paint” də daxil olmaqla bir çox proqramda istifadə edilməsi planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Digər xüsusiyyət ondan ibarətdir ki, yeni versiya “Windows 11” kimi tək bölmədən daha çox müxtəlif bölmələrin istifadəsinə əsaslanır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et