“WhatsApp” platformaya yeni funksiya əlavə edib | Banco.az

“WhatsApp” platformaya yeni funksiya əlavə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“WhatsApp” beta versiyası ilə yeni kontaktların əlavə edilməsi artıq daha asan olur.

Banco.az xəbər verir ki, “WhatsApp”ın “Android” versiyası olan “Beta” istifadəçilərə proqram daxilində kontaktları idarə etməyə imkan verən yeni funksiya təklif edir. 

Belə ki, keçən həftə gələn yeniliklə platformada yeni bir alt naviqasiya çubuğu görülmüşdü. İndi isə daha bir yeni xüsusiyyət aktiv edilib.

Bu yeniləmə ilə tətbiq “Android” istifadəçilərinə ünvan kitabçalarında və ya Google hesablarında kontaktlar əlavə etmək və ya redaktə etmək imkanı verir. Bu yeni xüsusiyyət sayəsində mesajlaşma tətbiqi artıq proqramdan çıxmadan bu xüsusiyyətdən istifadə etməyə şərait yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yeniləmədən əvvəl istifadəçilər telefonun defolt kontakt əlavə səhifəsinə yönləndirilir və tətbiqdən çıxmalı olurdular.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et