“WhatsApp” platforması Android istifadəçiləri üçün yeni funksiya aktivləşdirib | Banco.az

“WhatsApp” platforması Android istifadəçiləri üçün yeni funksiya aktivləşdirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“WhatsApp” platforması Android telefonlarda ekran görüntüsü paylaşmağa icazə verib.

Banco.az xəbər verir ki, populyar mesajlaşma tətbiqi “WhatsApp” Android istifadəçilərinə video zəng əsnasında ekran paylaşma xüsusiyyətini təklif edərək istifadə rahatlığını bir addım irəli aparır.

Bu yeniləmə video zənglər zamanı ekranın aşağı hissəsində əks olunan səssiz rejim və digər düymələrin yanında telefonun yuxarı hissəsindən çıxan ox ilə göstərilən simvolla təqdim olunur.

WhatsApp həmçinin parollar, şəkillər və ödəniş təfərrüatları da daxil olmaqla paylaşdığınız bütün məlumatları təhlükəsiz şəkildə idarə edəcək. Lakin bu rahatlıqdan hazırda yalnız məhdud sayda istifadəçi yararlana biləcək.

Ən sərfəli kredit üçün müraciət et

İlkin olaraq WABetaInfo saytı tərəfindən verilən xəbərə görə, bu funksiyanın artıq “WhatsApp”ın beta versiyasından istifadə edən istifadəçilər üçün “Google Play Store”da əlçatan olduğu bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et