"WhatsApp" çoxdan gözlənilən yenilik hazırlığındadır | Banco.az

"WhatsApp" çoxdan gözlənilən yenilik hazırlığındadır

Tamara Mustafayeva, Banco.az

"WhatsApp" platforması istifadəçilər tərəfindən göndərilən video və fotoşəkillərin söhbət daxilində silinməzdən əvvəl təkcə bir dəfə görülməsini təmin edən yeni "View Once", yəni "Bir dəfə Bax" adlı funksiya üzərində işləyir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, populyar mesajlaşma tətbiqi olan "WhatsApp"ın bu funksiyası ilə fotoşəkil və ya video göndərilən zaman "göndər" seçiminin solundakı "1" işarəsinə klikləməklə onun söhbətdə təkcə bir dəfə görülməsi mümkün olacaq. Bununla da, istifadəçi ona göndərilən bu multimedialı ismarıca baxdıqdan sonra o, dərhal silinəcək. Göndərilən media fayllarını isə telefona endirmək mümkün olmayacaq.

Bununla yanaşı, istifadəçi bu ismarıcın daha sonra silinəcəyini biləcək və skrinşot etmə imkanı olacaq. Skrinşot barəsində isə ismarıcı göndərən şəxsə heç bir bildiriş göndərilməyəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, iyun ayında açıqlama edən Mark Zuckerberg bu vaxtadək "Snapchat", "Instagram" və "Messenger" tətbiqlərində mövcud olan sözügedən funksiyanın indi isə "WhatsApp" platformasında aktivləşdiriləcəyini təsdiq etmiş, ancaq dəqiq tarix bildirməmişdi. Funksiya isə təqribən bir aydır ki, sınaq mərhələsindədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et