"WhatsApp" çöküb | Banco.az

"WhatsApp" çöküb

Müəllif: Tamara Mustafayeva,  Banco.az

WhatsApp çöküb! İstifadəçilər mesajların göndərilməsində və qəbulunda problemlərlə üzləşirlər.

Banco.az xəbər verir ki, dünya üzrə onlayn fasilələri izləyən "Downdetector" vebsaytı "WhatsApp" platformasının işində nasazlıq yarandığı barədə məlumat verən istifadəçilərin sayında kəskin artım qeydə alıb. Vebsayt təxminən 3 min belə şikayət olduğunu bildirir.

İstifadəçilər mesajlarının çatdırılmamasından şikayətlənirlər. Mesajlar çatdırıldıqda belə, proqram çatdırılma statusunu göstərmir.

"Meta" şirkətinin sözçüsü isə "Bəzi insanların hazırda mesaj göndərməkdə çətinlik çəkdiyini bilirik və "WhatsApp"ı hamı üçün mümkün qədər tez bərpa etməyə çalışırıq", deyə açıqlama verib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et