Warren Buffett bir ildə bu ölkənin 5 tanınmış şirkətinə yatırım etdi | Banco.az

Warren Buffett bir ildə bu ölkənin 5 tanınmış şirkətinə yatırım etdi

Tamara Mustafayeva, Banco.az

Dünyanın aparıcı investorlarından biri olan Warren Buffett-in CEO vəzifəsini icra etdiyi Berkshire Hathaway şirkəti yeni sərmayə qoyuluşlarını açıqlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, tanınmış investor Yaponiyanın beş ticarət şirkətinin səhmlərini aldıqlarını elan edib. Bununla da, ölkənin ən böyük ticarət şirkətlərinin 5%-lik səhmləri artıq Berkshire Hathaway şirkətinə məxsusdur.

Bu addım ekspertlər tərəfindən Buffett-in ABŞ bazarından bir qədər uzaqlaşmaq cəhdi kimi dəyərləndirilib. İnvestorun sərmayə qoyduğu Itochu, Marubeni, Mitsubishi, Mitsui və Sumitomo şirkətlərinin səhmləri sözügedən xəbərin yayılmasından sonra 5-12% aralığında dəyər qazanıb. Tanınmış investorun bu şirkətlərdəki səhmlərinin cəmi dəyəri isə 6 milyard dollar məbləğindədir.

1 il ərzində aldı

Ümumilikdə 12 ay ərzində həyata keçirilən sərmayə qoyuluşu Buffett-in 90 illik yubileyində elan edilib.

Xatırladaq ki, Berkshire Hathaway şirkətinin ən böyük sərmayə qoyuluşu ABŞ-ın texnologiya nəhəngi Apple şirkətinə edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Tanınmış investorlar 25 yaşında hansı işdə çalışırdılar?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et