"Wall Street"də minlərlə bankir işini itirir | Banco.az

"Wall Street"də minlərlə bankir işini itirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Wall Street” minlərlə bankir işini itirir.

Banco.az xəbər verir ki, Kovid-19 pandemiyası zamanı yaşanan məşğulluq çatışmazlığı səbəbindən yeni işçi tapmaqda çətinlik çəkən banklar bu il isə işçi qüvvəsini sürətlə azaltmağa çalışırlar.

2020-ci ilin mart ayının sonundan bu yana ABŞ-ın beş ən böyük bankı “JP Morgan Chase”, “Bank of America”, “Morgan Stanley”, “Goldman Sachs” və “Citi” 100 min yeni işçi qəbulu həyata keçirib ki, nəticədə 800 mindən çox personalla əvvəlkindən daha çox işçiyə malikdirlər.

2021-ci ildə sektorun qazanc və məşğulluq baxımından rekord bir il keçirməsindən sonra Ukraynadakı müharibə, sürətlə artan faiz dərəcələri, tənəzzül qorxusu və Avropadakı enerji böhranı investorları narahat edir. Odur ki, qeyri-müəyyənlik halı iqtisadi fəaliyyətə təzyiq göstərdiyi üçün banklar əsasən investisiya bankçılarını ixtisar edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, mütəxəssislər hazırda maliyyə sektorunun əmək bazarını 2008-ci il maliyyə böhranından sonrakı ən çətin əmək bazarlarından biri kimi qiymətləndirirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et