"Volkswagen"in avtomobil tədarükü 6,8 faiz azalıb | Banco.az

"Volkswagen"in avtomobil tədarükü 6,8 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Volkswagen”in avtomobil tədarükü çip çatışmazlığı fonunda 6.8 faiz azalıb.

Banco.az xəbər verir ki, “Audi”, “Bugatti”, “Seat”, “Skoda” və “Porsche” markalarının daxil olduğu alman avtomobil istehsalçısı “Volkswagen Group” “Volkswagen” markası üçün 2022-ci il üzrə tədarük göstəricilərini açıqlayıb.

Bu göstəricilərə görə müəyyən olub ki, “Volkswagen” markasının avtomobil tədarükü 2022-ci ildə əvvəlki ilə nəzərən 6,8 faiz azalaraq 4,56 milyona düşüb.

Alman istehsalçısının akkumulyatorlu elektrikli nəqliyyat vasitəsi satışları isə keçən il 23,6% artaraq 330 minə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, mənzil-qərargahl Volfsburqda yerləşən şirkətin ən böyük satış bazarı olan Çində akkumulyatorlu elektrik avtomobillərinin tədarükü 102,9 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et