Vəzifəsindən uzaqlaşdırılan İlon Maskın yaşadığı məyusluqlar | Banco.az

Vəzifəsindən uzaqlaşdırılan İlon Maskın yaşadığı məyusluqlar

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” şirkətinin qurucusu İlon Maskın şirkətin idarə heyətinin sədri vəzifəsindən uzaqlaşdırılması haqqında ötən məqalələrimizdən birində məlumat vermişdik. Bugünkü məqaləmizdə isə İlon Maskın bu vaxta qədər yaşadığı məyusluqları sizlərə təqdim edirik.

“Hər bir uğursuzluq, uğura daha da yaxınlaşdığınızı göstərir.”

Bu cümlə, bəlkə də ən çox İlon Maskı tərif edir. Ticarət sektorunda “PayPal”, avtomobil sektorunda “Tesla”, kosmik çalışmalarda “SpaceX” və davamlı enerjidə “SolayCity” kimi hər biri öz sahəsində rol model olan şirkətləri qurmaq və ya idarə etmək Maskın son dövrlərin dahisi olaraq adlandırılmasına səbəb olmuşdur.

İlon Mask adını bir çoxlarımız uğur və qazanc məfhumları ilə assosiasiya edirik. Ancaq bu mərhələlərə çatana qədər yaşanılan təsiredici hadisələr və məyusluqların dəyəri həmişə başa düşülmür. Çünki uğursuzluq uğur kimi fəxrlə haqqında danışacağımız, CV – yə qeyd edəcəyimiz bir anlayış deyildir və nəticəyönümlü bir mühitdə təkcə uğurlar diqqət çəkir. İlon Mask da uğursuzluqlardan keçərək bu günlərə gəlmiş və uğursuzluq mövzusundan belə nümunə olmuşdur. Təbii olaraq ondan götürəcəyimiz dərslər çoxdur.

1. “Netscape” şirkətinə iş üçün müraciət etməsi

Mask, müsahibələrindən birində Pensilvaniya Universitetindən məzun olduqdan sonra “Netscape” - ə iş üçün müraciət etməsindən bəhs edib.

“Netscape şirkətinə müraciət etmiş və heç bir cavab ala bilməmişdim. Mən də gedib giriş zalında gəzməyə başladım. Ancaq kiminləsə danışmaq üçün çox utancaq idim. Beləcə zalda gözlədim. Çox utanverici bir hadisə idi. Orada bəlkə söhbət edə biləcəyim kimsə qarşıma çıxar deyə, gözləməyə davam edirdim. Heç kəsi tapa bilmədikdə oradan uzaqlaşdım.”

2. “Zip2” şirkətindən uzaqlaşdırılması

İlon Mask 1996 – cı ildə təsis etdiyi ilk şirkətlərdən biri olan “Zip2” – nin CEO – su olmaq istədi, ancaq idarə heyətinin üzvləri tərəfindən onun bu istəyi qəbul edilmədi. Hətta daha sonra şirkətdən də uzaqlaşdırıldı.

3. PayPal haqqında qərəzli fikirlər

1999 – cu ildə təsis etdiyi “PayPal” ilk vaxtlar ən uğursuz 10 biznes ideyasından biri olaraq seçildi və bu İlon Maskın külli miqdarda yatırım itirməsinə səbəb oldu.

4. Bal ayında ikən CEO – su olduğu “PayPal” – dan qovulması

2000 – ci ilin oktyabr ayında bal ayı ilə eyni vaxtda təşkil etdiyi ianə toplama səfərində ikən “PayPal” – dan qovuldu.

Ən sərfəli kredit üçün müraciət et

İdarə heyətinin daxilindəki rəqabətlə yanaşı PayPal istifadəçilərinin etdiyi dələduzluq səbəbilə şirkətin ayda 10 milyon dollar itirməsindən sonra Mask vəzifəsindən uzaqlaşdırıldı.

5. Raket satın alma tələblərinin rədd edilməsi

Marsa siçan göndərmək və orada bitki becərmək kimi məqsədlərlə kosmik çalışmalara başlayan İlon Mask, 2011 – ci ildə Rusiyadan kosmik raket sifarişi verdi. Ancaq ruslar bu fikirləri ağılsız hesab etdikləri üçün İlona raket satmadılar. Növbəti il yeni layihəsi olan “SpaceX” – ın gücündən də istifadə etməsinə baxmayaraq yenə də raket tələbi rədd edildi.

6. “SpaceX” – ın ilk 3 raketinin qəzaya uğraması

Hazırda milyard dollarlıq bir şirkət olan “SpaceX” 2008 – ci ildə ciddi maliyyə problemləri ilə üzləşmişdi. Mask şirkətə 100 milyon dollar vəsait xərcləmişdi və ilk 3 raket orbitə çatmadan partlamışdı.         Yalnız dördüncü cəhddən sonra müvəffəqiyyət qazanmış və NASA ilə 1.6 milyard dollar dəyərində bir anlaşma əldə edə bilmişdi.

7. “Tesla” və “SpaceX” şirkətlərinin iflasın astanasında olması

2008 – ci ildə həm şirkət daxili qarışıqlıqlar, həm də iqtisadi böhran səbəbilə “Tesla Motors” və “SpaceX” şirkətləri iflasın astanasında idi.

8. “Falcon 9” – un uğursuzluğa düçar olması

2013 – cü ildə yenidən istifadə üçün hazırlanan Falcon 9v1.1 adlı raketin okeandakı gəmiyə enişi zamanı yaşanılan ilk uğursuzluq.

9. “Tesla” – nın 2016 – cı ildəki uğursuzluğu

Olduqca uğurlu dövrünü yaşayan “Tesla Motors” şirkəti məhsullardakı batareyaların bərpasını həyata keçirə bilmədiyi üçün Model X – ın təslimatını 18 aydan artıq bir müddət üçün təxirə saldığını elan etdiyi vaxt, tarixlər 2016 – cı ili göstərirdi.

10. 4 – cü, 5 – ci və 6 – cı raketlərin uğursuzluqları

Nəticə etibarilə uğurlu layihələri ilə yanaşı uğursuzluq sənətinin də haqqını verən İlon Maskın sərvəti 14.8 milyard dollar dəyərindədir.

Həmçinin oxu: İlon Maskın gündəlik rejimi - "Belə edə bilməsəm, işimi başa çatdıra bilmərəm”

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et