Vergi ödəyicilərinin nəzərinə - DİQQƏT | Banco.az

Vergi ödəyicilərinin nəzərinə - DİQQƏT

Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.

Müraciətə əsasən, 2016-ci hesabat ilinin yekunlarına görə:

- Gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin bəyannaməsini;

- Mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər mənfəət vergisinin bəyannaməsini;

- Əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin bəyannaməsini

cari ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməyə, hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.

Banco.az Nazirliyə istinadən xəbər verir ki, tələbləri yerinə yetirməyən vergi ödəyicilərinə maliyyə sanksiyaları və cərimə

Ən sərfəli kredit üçün müraciət et

Bildiririk ki,  Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən

- vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində;

- büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda, vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

- vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaqla vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur.

Ən sərfəli krediti almaq üçün müraciət et