Vergi-gömrük sahəsində inzibatçılıq artırıla bilər | Banco.az

Vergi-gömrük sahəsində inzibatçılıq artırıla bilər

Azərbaycanda vergi və gömrük orqanlarının birgə nəzarəti üzrə prosedurların həyata keçirilməsinə baxmayaraq, bəzi istiqamətlərdə inzibatçılığın artırılması imkanları mövcuddur.

Bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.

“Məlum olduğu kimi, ölkə prezidentinin 28 iyun 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı” və 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları” ilə vergi və gömrük orqanları tərəfindən birgə nəzarətin həyata keçirilməsi üçün geniş normativ baza müəyyənləşdirilib.

Hesablama Palatasının nəzarət tədbirlərinin nəticələri birgə-nəzarət prosedurlarının faktiki olaraq təmin edildiyini göstərsə də müəlliflik hüququ obyektlərinin idxalı və ixracına nəzarət sahəsində birgə inzibatçılığın gücləndirilməsinə hələ də ehtiyac duyulur.

Belə ki, müəlliflik hüquqlarından istifadə olunmaqla və ya istifadə hüququ verilməklə həyata keçirilən idxal-ixrac əməliyyatları zamanı maddi aktivlərin gömrük rəsmiləşdirilməsi prosesində dəyərinin tam həcmdə müəyyənləşdirilməsi üçün vergi və gömrük orqanlarının məlumat mübadiləsinin həyata keçirilməsi məqsədəmüvafiq hesab olunur”, - deyə Rəydə qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et