Valyuta hərracında banklar 93 milyon dollar aldı | Banco.az

Valyuta hərracında banklar 93 milyon dollar aldı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 93 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, əvvəlki hərracla (14 mart) müqayisədə 9,7 milyon dollar və ya 11,6% çoxdur.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, martın əvvəlindən bəri keçirilən 5 hərracda bankların dollar tələbi 403,7 milyon ABŞ dollar təşkil edib. 

Hərrac (mart ayı)

Tələb

19 mart

93 milyon dollar

14 mart

83,3 milyon dollar

12 mart

79,4 milyon dollar

7 mart

79,1 milyon dollar

5 mart

68,9 milyon dollar

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et