ÜTT qlobal ticarətlə bağlı proqnozlarını aşağı salıb | Banco.az

ÜTT qlobal ticarətlə bağlı proqnozlarını aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qlobal ticarətlə bağlı proqnozlarını aşağı salıb.

Banco.az xəbər verir ki, Müharibə, yüksək inflyasiya və artan faiz dərəcələri səbəbiylə qlobal ticarətin yavaşlamasını gözləyən ÜTT artım proqnozunu 1,7 faizdən 0,8 faizə endirib.

Bu barədə Ümumdünya Ticarət Təşkilatının bəyanatında deyilir.

Bəyanatda yavaşlamanın təsirinin dəmir-polad, telekom və tekstil başda olmaqla bir çox sektorda görüləcəyi vurğulanıb.

Bəyanatda həmçinin ixrac və idxalda müsbət artımın 2024-cü ildən etibarən başlayacağı proqnozlaşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et