Uşaq əmanəti - Hansı bankların şərtləri daha sərfəlidir? | Banco.az

Uşaq əmanəti - Hansı bankların şərtləri daha sərfəlidir?

Uşaq əmanəti - valideyn (qəyyum tərəfindən) yaxud yaxın qohum tərəfindən uşağın xeyrinə açılır. Depoziti daxil edən şəxs uşağın əmanətə olan hüquqlarının təqdim olunması anına qədər əmanət qoyanın bütün hüquqlarına malik olur. Bəzi hallarda, yetkinlik yaşına çatmayan şəxs 14 yaşından öz hüquqlarına sahib olur. Lakin bir qayda olaraq banklar 14 yaşdan 18 yaşadək uşaqlar üçün depozit üzrə əməliyyatlar keçirmələrinə məhdudiyyət qoyurlar və onları ancaq valideyn yaxud digər qanuni nümayəndə tərəfindən verilən yazılı icazə (etibarnamə) olduqdan sonra yerinə yetirirlər. 

Uşaq əmanətləri vasitəsilə siz övladınızın gələcəyi üçün yatırım etmiş olursunuz. Yəni uşağınızın təhsil, ev, səyahət və digər xərclərinin qayğısına əvvəlcədən qalırsınız.

Uşaq depozitini siz, övladınızın 18 yaşına kimi (bəzi banklarda 16) yerləşdirə bilərsiniz. Depozitin şərtləri isə çox sadədir. Belə ki, siz depoziti açmaq üçün tələb olunan minimal məbləği banka yerləşdirirsiniz. Daha sonra isə bankın təklif etdiyi faizlər hər ay sizin depozitinizə əlavə olunacaqdır. Bundan əlavə istəyinizdən asılı olaraq hər ay depozitinizə artım da edə bilərsiniz.

Əmanət hesabı açmaq üçün tələb olunan sənədlər valideynin şəxsiyyət vəsiqəsi və uşağın doğum haqqında şəhadətnaməsidir. 14 yaşdan yuxarı uşaqların isə şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Bankın adı (Uşaq Depoziti)

Müddət

Valyuta

Minimal ilkin ödəniş

Əlavə

AZN

USD

EURO

Beynəlxalq Bank

8-18 il

21%

19%

11%

200

AZN/USD/EURO

Əmanət uşağın 18 yaşına çatmayanadək geri götürüldükdə hesablanmış faizlər ödənilmir

Para Bank

3-18 il

12.8%

10.8%

 

200

AZN/USD

 

Bank Standard

6-18 il

max 20%

 

 

100 AZN

Depozitin artırlması uşağın 12 yaşına qədər mümkündür

NBC Bank

1-18 il

13%

11%

8%

nəzərdə tutulmayıb

hər ay əmanətin ilkin məbləğinə 100% çox olmayaraq vəsait əlavə edilə bilə

TuranBank

3-18 il

12%

12%

 

100

AZN/USD

Əmanət məbləği hesablanmış faizlərlə birlikdə yalnız müddət sonu çıxarıla bilər

DəmirBank

1-18 il

12%

8.5%

4.8%

100 AZN/USD/EURO

əmanət müqaviləsində göstərilən müddət ərzində əmanətin faiz dərəcəsi AZN üzrə 9.00% və USD üzrə 8.50%-dan, EUR üzrə isə 4.80%-dan aşağı təyin oluna bilməz. 

Zamin Bank

5 il 

10%

10%

 

500

AZN/USD

Müqavilə vaxtından əvvəl pozularsa əmanət üzrə həsablanmış faizlər "Tələbli" əmanətin şərtlərinə uyğun olarag faiz ödənilir.

Rabitəbank

1-16 il

9%

9%

 

200 AZN/USD

Əmanət yatrırıldığı müddətdən öncə çıxarılarsa faiz dərəcəsi illik 4% təşkil edir.

Xalq Bank

1-18 il

6%

6%

3%

1 000 AZN

Əmanətin qismən çıxarılmasına icazə verilmir

Bank Technique

1-18 il

8%

8%

8%

100 AZN/USD/EURO

Hədiyyə olaraq verilən Bank kartları və səyahət sığortası paketləri

AG Bank

1-18 il 8% 8%  

100

AZN/USD

Əmanət üzrə plastik kart rəsmiləşdirilmir

Ən sərfəli kredit üçün müraciət et

Bank of Baku Unibankda isə sırf uşaq əmanəti olmasa da, lakin üçüncü şəxsin adına əmanət yerləşdirmək mümkündür. AccessBankda yığım əmanətini Siz öz adınıza və paralel olaraq uşağınızın (18 yaşı tamam olmayan uşağin) adına açmaq imkanınız var.

Yuxarıdakı bankların əksərində hesaba sonradan istədiyimiz vaxt, istədiyimiz məbləğdə yatırım edə bilərik. Yəni banklar minimal yatırım məbləği nəzərdə tutmayıblar. Lakin, Dəmir Bankda hesaba sonradan minimal olaraq 50 AZN/USD/EURO yatırım etmək mümkündür.

TuranBankda əmanət hesabınızı istədiyinz vaxt ayda minimum - 100 AZN/USD; maximum - 500 AZN/USD artıra bilərsiniz.

ZaminBankda Müştəri (əmanət müddətinin ilk 4 ili ərzində) əmanət məbləğini 200 AZN/ABŞ dolları-dan az olmamaq şərtilə hər 3 aydan bir artıra bilər.

BankStandardda əmanətə məhdudiyyətsiz əlavə edilə bilən minimal məbləğ: 100 AZN-dir.

Ən sərfəli krediti almaq üçün müraciət et