"Unicredit" "Yapı Kredi"dəki dolayı payına birbaşa sahib olmaq istəyir" | Banco.az

"Unicredit" "Yapı Kredi"dəki dolayı payına birbaşa sahib olmaq istəyir"

İtaliyanın maliyyə şirkəti "UniCredit"in Türkiyədə fəaliyyət göstərən "Yapı Kredi"dəki (“Yapı ve Kredi Bankası A.Ş.) dolayı payını birbaşa sahibliyə çevirmək istəyir (dolayı səhmdar əvəzinə birbaşa səhmdar olmaq istəyir).

Bu barədə "Bloomberg"in öz mənbələrinə istinadən xəbər yayıb.

"UniCredit"in "Koç Holding" ilə birgə şirkəti olan "Koç Finansal Hizmetler"də (KFH) 82 faiz payı var. “Yapı Kredi”nin 82%-i “Koç Finansal Hizmetler” şirkətinə məxsusdur, 18%-i isə birjada açıq alınıb-satılır. Xəbərə görə, "UniCredit", KFH üzərindən dolayı olaraq "Yapı Kredi"də sahib olduğu 41%-lik paya birbaşa sahib olmaq istəyir.

Sözügedən model, "UniCredit"in "Yapı Kredi"dəki payında satış ya da azaltma etməsinə imkan verəcək.

Hər iki qurum, "UniCredit"in "Yapı Kredi"dəki payına dair qərar verərkən "Koç Holding" ilə məsləhətləşmək zərurətini aradan qaldıracaq dəyişiklikləri il sonuna qədər başa çatdırmağı hədəfləyir. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbələrdən birinə görə, İtalya bankı öz payını birjada investorlara sata bilər.

"Yapı Kredi" tərəfindən "Bloomberg"ə verilən açıqlamada bunun tərəfdaşlar arasında bir məsələ olduğu bildirilib. "Koç Holding" hələ məsələ ilə bağlı açıqlama yaymayıb.

Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin nizamnamə kapitalının 99,8%-i Türkiyədə fəaliyyət göstərərən “Yapı ve Kredi Bankası A.Ş.”yə məxsusdur.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et