Üçüncü rübdə qlobal borclar azalıb | Banco.az

Üçüncü rübdə qlobal borclar azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Maliyyə İnstitutu (IIF) qlobal borc səviyyəsinin ötən rüb aşağı düşdüyünü açıqlayıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Maliyyə İnstitutu (IIF) “Qlobal Borc Monitoru” adlı rüblük hesabatında qlobal borc səviyyəsinin ilin üçüncü rübündə dolların bahalaşması səbəbindən aşağı düşdüyünü bildirib.

Hesabata görə, dünya ölkələrinin ümumi borcu  6,4 trilyon dollar azalaraq təxminən 290 trilyon dollara geriləyib.

Hesabatda həmçinin bildirilib ki, 2021-ci ilin birinci rübündə pik həddə çatan qlobal borcun ölkələrin ümumi ümumi daxili məhsuluna (ÜDM) nisbəti 343 faizə qədər azalıb və beləliklə, azalma altıncı rübdə də davam edib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, inkişaf etməkdə olan ölkələrin borc/ÜDM nisbətinin, xüsusən maliyyə sektoru başda olmaqla artmaqda davam edərək 254 faizə çatdığı vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et