"Twitter" III rübdə 537 milyon dollar xalis zərər açıqladı | Banco.az

"Twitter" III rübdə 537 milyon dollar xalis zərər açıqladı

Tamara Mustafayeva, Banco.az

İyul-sentyabr ayları üzrə maliyyə göstəricilərini açıqlayan "Twitter" şirkəti sözügedən dövrdə 537 milyon dollar gəlir itkisi yaşayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, şirkətin hesabatına görə, iyul-sentyabr aylarını əhatə edən ilin III rübündə sosial media nəhəngi gəlirlərini 37% artırmaqla 1.28 milyard dollara çatdırsa da, bu dövrdə xalis mənfəət əldə edə bilməyib.

Şirkət III rübdə 537 milyon dollar xalis zərər açıqlayıb ki, ötən ilin eyni dövründə təqribən 29 milyon dollar xalis mənfəət əldə edilmişdi.

Qeyd edək ki, "Twitter" platformasının ilin III rübündə gündəlik ortalama aktiv istifadəçi sayı isə ötən ilin eyni dövrünə nəzərən təqribən 13% artmaqla 211 milyona yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et