Türkiyənin xarici ticarət kəsiri əsaslı şəkildə azalıb | Banco.az

Türkiyənin xarici ticarət kəsiri əsaslı şəkildə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin xarici ticarət kəsiri sentyabrda 5 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, Türkiyənin ticarət naziri Ömər Bolat sentyabr ayına dair xarici ticarət məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, 2023-cü ilin sentyabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə ixrac 0,3 faiz artaraq 22 milyard 670 milyon dollar, idxal isə 14,1 faiz azalaraq 27 milyard 658 milyon dollar olub. Bununla da, Türkiyənin xarici ticarət kəsiri sentyabr ayında illik 48,1 faiz azalaraq 5 milyard dollara enib.

2023-cü ilin yanvar-sentyabr dövründə isə ixrac 0,3 faiz azalaraq 187 milyard 464 milyon dollar, idxal da 1,3 faiz artaraq 274 milyard 755 milyon dollar hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et