Türkiyənin xam polad istehsalı azalıb | Banco.az

Türkiyənin xam polad istehsalı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin xam polad istehsalı ötən ay illik 10,3 faiz azalıb.

Banco.az xəbər verir ki, Türkiyə Polad İstehsalçıları Dərnəyi (TÇÜD) may ayı üzrə Türkiyənin xam polad istehsalı, istehlakı və xarici ticarəti ilə bağlı məlumatları açıqlayıb.

Buna görə, ölkədə xam polad istehsalı may ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 10,3 faiz azalaraq 2,9 milyon ton olub. 

Yanvar-may aylarını əhatə edən dövrdəisə istehsal 19,1 faiz azalaraq 13 milyon tona düşüb.

Sözügedən dövrdə yekun məhsul istehlakı 2022-ci ilin eyni ayı ilə müqayisədə 2,6 faiz artaraq 4 milyon tona, yanvar-may dövründə isə 13,7 faiz artaraq 16,5 milyon tona çatıb.

Ən sərfəli kredit üçün müraciət et

May ayında polad məmulatlarının ixracı kəmiyyət etibarilə 36,1 faiz azalaraq 778 min 700 ton, dəyər baxımından isə 47,4 faiz azalaraq 684,1 milyon dollar olaraq qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et