Türkiyənin neft idxalı artım göstərib | Banco.az

Türkiyənin neft idxalı artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fevral ayında Türkiyədə neft idxalı artım göstərib.

Banco.az xəbər verir ki, Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) fevral ayı üzrə “Neft Bazarı Sektoru Hesabatı”na görə, ölkənin ümumi neft idxalında əsas hissəni təşkil edən xam neft idxalı 14 daiz azalaraq 2 milyon 17 min 437 tona düşüb.

Qeyd edilən dövrdə dizel yanacaq növlərinin idxalı 26,4 faiz artaraq 848 min 269 tona çatıb. İdxalın qalan hissəsini isə mazut növləri, aviasiya və dəniz yanacaqları təşkil edib.

Bununla da, yekun idxal həcmi fevral ayında əvvəlki ilin eyni ayına görə 0,6 faiz artaraq 3 milyon 225 min 886 ton hesablanıb.

Qeyd edək ki, sözügedən dövr üzrə xam neft və neft məhsulları ən çox 1 milyon 615 min 551 ton ilə Rusiyadan idxal olunub ki, bu ölkəni 610 min 216 ton ilə İraq və 362 min 341 ton ilə Qazaxıstan izləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et