Türkiyədən Azərbaycana pul köçürmələri artıb | Banco.az

Türkiyədən Azərbaycana pul köçürmələri artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Türkiyədən fiziki şəxslər tərəfindən cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 115 milyon 740 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, ötən ili müvafiq dövrü ilə müqayisədə 29,8% (26 milyon 591 min dollar) çoxdur.

Qeyd edək ki, cari ilin 9 ayında Türkiyədən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 9% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et