Türkiyədə işsiz əhalinin sayı artıb | Banco.az

Türkiyədə işsiz əhalinin sayı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə noyabr üzrə mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik nisbəti 10,2 faiz hesablanıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) noyabr ayı üzrə işçi qüvvəsi statistikasını dərc edib.

Bu statistikaya görə, 2022-ci ilin noyabr ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 23 min nəfər artaraq 3 milyon 576 min nəfərə çatıb. İşsizlik səviyyəsi isə dəyişməyərək 10,2 faiz təşkil edib. 

İşsizlik nisbəti kişilər üçün 8,8 faiz ikən, qadınlar üçün 12,9 faiz qeyd olunub.

Sözügedən dövrdə məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 285 min nəfər artaraq 31 milyon 574 min nəfər, məşğulluq nisbəti isə 0,4 bənd artaraq 48,6 faiz olub. Bu nisbət kişilərdə 65,7 faiz olduğu halda, qadınlarda 31,7 faiz hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et